Close

İşçilər zavoddan 161 minlik qızıl oğurlamaq istədilər

Özbəkistanın dövlət təhlükəsizlik xidməti Navoy şəhərində yerləşən 3 saylı hidrometalurgiya zavodunun işçilərinin tərkibində 1,5 kq-dan çox qızılolan iki kiloqramlıq yarımfabrikatı oğurlamaq cəhdinin qarşısını alıb.

TNS xəbər verir ki, bu barədə Özbəkistan DTX-nin “Telegram” kanalında məlumat yayılıb.

Məlumata görə, iki usta və bir sex işçisi əvvəlcədən əlbir olaraq iki kiloqramlıq yarımfabrikatı müəssisənin içindəki hava təmizləmə borusunda gizlədiblər.

Sözügedən yarımfabrikatın tərkibində 1 kiloqram 523 qram xalis qızıl olub və onun bazar dəyəri təxminən 161,7 min ABŞ dolları təşkil edir.

Oğruluq cəhdində şübhəli bilinənlərə qarşı cinayət işi açılıb.