Close

Ərdoğanla Makronun bədən dili gündəm oldu - VİDEO

Tiranada keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısında Fransa lideri Emmanuel Makronla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı baş verənlər gündəm olub.

TNS xəbər verir ki, Makron Türkiyə lideri ilə görüşərkən psixoloji üstünlük və dominantlıq yaratmağa çalışıb.

Belə ki, o, əlini Ərdoğanın əlinin üzərinə qoyaraq, daha sonra çiyninə vurmaq istəyib. Ərdoğan isə Makronun barmağını tutaraq buna imkan verməyib. Daha sonra Makron əlini geri çəkməyə çalışıb, lakin Ərdoğan bir qədər onun barmağını buraxmayıb. 

Bu, Ərdoğanın güclü mesajı kimi şərh edilib.