Close

ABŞ-də 11 məhbus həbsxanadan qaçıb

ABŞ-nin Yeni Orlean şəhərində (Luiziana ştatı) azı 11 məhbus həbsxanadan qaçıb.

TNS xəbər verir ki, bu barədə şerifə istinadən “ABC News” məlumat yayıb.

Məlumata görə, həmin şəxslərin yoxluğu səhər yoxlaması zamanı aşkarlanıb.

Cinayətkarların silahlı ola biləcəyi ehtimal edilir.