Close

Qadın evlilik təklifinə "yox" dediyi üçün öldürüldü

İranın Kermanşah bölgəsində 40 yaşlı Samirə Nurbəxş adlı qadın onunla evlənmək istəyən kişi tərəfindən güllələnərək qətlə yetirilib.

TNS bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, qadını öldürən 32 yaşlı cinayətkarın psixoloji problemləri olub. Qatil dəfələrlə xanımı evlilikdən imtina edərsə, öldürməklə də hədələyib.

Təqsirkar hadisədən sonra qaçıb.