Close

Trampdan İrana sarsıdıcı zərbə - VİDEO

ABŞ Prezidenti Donald Tramp mayın 13-də başlanan Orta Şərq turnesində təkcə üç ərəb ölkəsi ilə müxtəlif sahələrə dair milyardlarla dollarlıq sazişlər imzalamadı, həm də ölkəsinin onilliklər boyu qarşıdurmada olduğu İrana sarsıdıcı zərbə endirdi.

TNS xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan növbəti videosüjetdə qeyd olunur.

Müəllif qeyd edir ki, D.Trampln bu zərbəsi bir müddət əvvəl çoxlarının ehtimal etdiyi və medianın "bu gün-sabah" deyərək haqqında həyəcanlı xəbərlər yaydığı hərbi hücumdan daha ağır və daha təsirli oldu:

"Söhbət yalnız ondan getmir ki, Tramp İranın, necə deyərlər, qulağının dibində oturub onun ünvanına ciddi tənqidlər və xəbərdarlıqlar səsləndirdi. İran hakimiyyəti üçün seçim anının yetişdiyini və ona uzadılan zeytun budağını rədd edərsə, çox ciddi təzyiqlərlə üzləşəcəyini bəyan etdi.

D.Trampın səfəri həm də İran rəhbərinin daim yuxarıdan aşağı baxdığı, haqqında vaxtaşırı təhqiramiz ifadələr işlətdiyi Körfəz ölkələrinin iqtisadi tərəqqisi və sosial rifahının nümayişinə çevrildi. İran bu fonda təcrid olunmuş və küncə sıxılmış vəziyyətdə göründü.

Bu vəziyyəti Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə təmtəraqlı səfərini mediadan izləyən dünya ictimaiyyəti ilə yanaşı, İran əhalisi də gördü və heç şübhəsiz, öz ölkələrinin bu duruma düşməsinin səbəbləri barədə növbəti dəfə düşünməli oldu.

Trampın regiona səfərinin İran ictimai rəyinə bu təsiri teokratik rejimə vurulan zərbənin ən ciddi məqamıdır. İran rəsmilərinin, o cümlədən parlamentin deputatlarının Trampın açıqlamalarına qəzəbli reaksiyası da ilk növbədə bununla bağlıdır. İranın xarici işlər naziri də ölkəsinin düşdüyü vəziyyətə görə ABŞ-ni günahlandırmaqdan başqa yol tapmadı".

Ətraflı videoda: