Close

12:54
16 May 2025
12:20
16 May 2025

Ərdoğan da Albaniyaya getdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin Zirvə Toplantısında iştirak etmək üçün Albaniyaya səfər edib. 

TNS xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Ərdoğanın təmasları zamanı qlobal və regional hadisələri, xüsusilə İstanbulda Rusiya-Ukrayna danışıqlarını dəyərləndirəcəyi gözlənilir. Ərdoğan İsrailin qətliamlarını və Qəzzada baş verən humanitar faciəni də gündəmə gətirəcək.

Prezident Ərdoğan sammit çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.