Rusiya ilə İstanbul danışıqlarında Ukraynanı kim təmsil edəcək?
12
18:30 - 15 May 2025

İstanbulda Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rüstəm Umerov rəhbərlik edəcək.
TNS xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti danışıqlarda atəşkəsi müzakirə etmək niyyətindədir.
Zelenski həmçinin danışıqların təşkilinə və məkanla təmin etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.
"Bundan başqa, Prezident Ərdoğan Krımın Ukraynanın bir hissəsi olması barədə mövqeyini də təsdiqləyib", - o vurğulayıb.