Close

Moskva və Kiyev arasında danışıqlar ləğv edilməyib - YENİLƏNİB

İstanbulda Rusiya-Ukrayna danışıqları ləğv edilməyib, tezliklə Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski mətbuata bəyanatla çıxış edəcək.

TNS "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki Baş Konsulluğunun mətbuat attaşesi bildirib.

"Danışıqlar ləğv edilməyib, nümayəndə heyəti hoteldə gözləyir. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski saat 17:30-da İstanbuldakı Baş Konsulluqda açıqlama verəcək", - o qeyd edib.

17:24

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün başlaması ilə bağlı yayılan xəbərlər doğru deyil.

TNS xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

16:46

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb.

TNS xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Görüş Dolmabahçe sarayında keçirilir.

Ukrayna nümayəndə heyətini xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rüstəm Umerov, Prezident Ofisinin rəhbəri Andrey Yermak və onun iki müavini, Rusiya tərəfini isə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil edirlər.