Close

"Putin yoxdursa, mən də yoxam"

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya nümayəndə heyəti ilə Türkiyədə danışıqlara yalnız Vladimir Putinin iştirak edəcəyi təqdirdə razılıq verə bilər.

TNS xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Əgər Putin orada yoxdursa, deməli, danışıqlar da olmayacaq. Belə bir halda hansısa müzakirənin aparılıb-aparılmayacağına prezident qərar verəcək. O zaman bu danışıqlar prezident səviyyəsində olmayacaq”, - Podolyak vurğulayıb.

Qeyd edək ki, daha öncə Zelenski şəxsən İstanbul danışıqlarında iştirak edəcəyini bildirmiş, Kreml isə danışıqlarda Rusiyanı xarici işlər naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakovun təmsil edəcəyini bəyan edib.

Vladimir Putinin isə danışıqlarda iştirak edib-etməyəcəyi barədə hələlik rəsmi açıqlama verilməyib.