Close

Rusiya azərbaycanlı blogeri axtarışa verdi

Azərbaycanəsilli bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib və barəsində qiyabi həbs qərarı çıxarılıb.

Bu barədə TNS TASS-a istinadən xəbər verir.

H.Həsənov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsi (çirkli pulların yuyulması) ilə qiyabi ittiham olunub. Hazırda həbs qərarından apellyasiya şikayəti verilir.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bloger axtarışda olanlar siyahısına salınıb.