Qum fırtınası səbəbindən məktəblər bağlandı
30
19:00 - 14 May 2025

İranın bəzi şəhərlərində qum fırtınasının yaratdığı hava çirklənməsi gündəlik həyata mənfi təsir edib.
TNS İRNA-ya istinadən xəbər verir ki, bununla bağlı səlahiyyətli qurumlar məktəbləri bağlamaq qərarına gəliblər.
Ölkənin qərbinə təsir edən qum fırtınası səbəbindən bu gün Kürdüstan və Zəncan əyalətlərində məktəblər, Təbriz şəhərində bütün dövlət qurum və təşkilatları, banklar bağlanıb.
Meteoroloqların verdiyi açıqlamaya görə, qum fırtınasının bu gün paytaxt Tehrana çatacağı gözlənilir.