Rusiya Sumıya raket zərbəsi endirib - Ölənlər var
21
18:43 - 14 May 2025

Rusiya hərbçilərinin Ukraynanın Sumı vilayətinə raket hücumu nəticəsində 2 nəfər həlak olub.
TNS xəbər verir ki, bu barədə Sumı şəhər şurasının sosial şəbəkə hesabında bildirilib.
Məlumatda həmçinin qeyd olunub ki, raket zərbəsi nəticəsində 6 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Məlumata görə, zərbə sənaye obyektinə endirilib.