Polşa qoşunları Ukraynada yerləşdiriləcək?

Qərb ölkələri öz qoşunlarını Ukrayna ərazisində yerləşdirmək üçün əməliyyata başlasa belə, Polşa öz bölmələrini göndərməyəcək.
TNS xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski onet.pl portalına müsahibəsində bildirib.
"Əgər Polşa bu əməliyyatın bir hissəsi olarsa, o şərtlə ki, əməliyyat baş tutsun, bizim bu əməliyyatda iştirakımız Polşa əsgərlərinin Ukrayna torpaqlarında olmasını əhatə etməyəcək", - deyə XİN rəhbəri ABŞ qeyd edib.
Xatırladaq ki, mayın 13-də Kelloqun bəyanatından sonra Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib ki, Polşa qoşunlarını Ukraynaya göndərmək planları yoxdur və olmayacaq. Bundan əvvəl Polşa rəhbərliyinin digər nümayəndələri də eyni mövqeni ifadə etmişdilər.