"Rusiya nümayəndə heyəti Türkiyədə Ukrayna tərəfini gözləyəcək"

"Kreml hələlik Türkiyədə Ukrayna ilə danışıqlarda Moskvanı kimin təmsil edəcəyini açıqlamır. Lakin Rusiya nümayəndə heyəti 15 may tarixində mütləq orada olacaq və Kiyev nümayəndələrini gözləyəcək".
TNS-in TASS-a istinadən məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
O, Rusiya nümayəndə heyətinin tərkibinin artıq təqdim edilib-edilməyəcəyi ilə bağlı suala cavablandırıb.
"Xeyr, bu baxımdan heç nə dəyişməyib. Biz bunu prezidentdən müvafiq göstərişlər aldıqda edəcəyik. Hələlik belə göstərişlər olmayıb", - deyə Peskov vurğulayıb.
O, ölkə Prezidenti Vladimir Putinin 11 may gecəsi verdiyi bəyanatların öz aktuallığını qoruduğunu vurğulayıb.
"Rusiya nümayəndə heyəti Ukrayna nümayəndə heyətini sabah İstanbulda gözləyəcək", - deyə dövlət başçısının mətbuat katibi xatırladıb.