Close

Fransa bu ölkənin diplomatlarını qovur

Fransa Əlcəzairin 15 fransız dövlət qulluqçusunu ölkədən çıxarmaq qərarına cavab olaraq daha çox əlcəzairli diplomatı ölkədən çıxaracaq.

TNS xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barro BFMTV kanalında məlumat verib.

Nazir qeyd edib ki, bir gün əvvəl Paris Əlcəzairin müvəqqəti işlər vəkilini Əlcəzair hakimiyyətinin əsassız qərarını pisləmək üçün çağırıb.

"Bizim cavabımız dərhal, qəti və ciddi şəkildə mütənasibdir, eyni tələblə, yəni diplomatik pasportlara malik olan, lakin hazırda vizası olmayan bütün agentlərin Əlcəzairə qaytarılmasıdır", - deyə Barro bildirib.

O, dəqiq neçə əlcəzairli diplomatın Fransadan çıxarılacağını açıqlamayıb.

Xatırladaq ki, apreldə Əlcəzair hakimiyyəti 12 fransız diplomatı ölkədən çıxarmışdı.