Sərnişin təyyarəsini ildırım vurdu
1735
16:00 - 14 May 2025

İrəvandan Lion şəhərinə uçan Niderlandın "Transavia" aviaşirkətinə məxsus təyyarəni ildırım vurub.
Bu barədə TNS Ermənistan KİV-ə istinadən xəbər verir.
Təyyarədə olan sərnişinlərdən birinin verdiyi məlumata görə, insident təyyarə hündürlüyə qalxarkən baş verib, ildırım göyərtəni sağ tərəfdən vurub, gurultu səsi o qədər güclü olub ki, sərnişinlər arasında çaxnaşma başlayıb.
Sərnişinlərdən birinin səhhəti pisləşib və ona təyyarənin göyərtəsində olan həkim kömək edib.
Lakin təyyarə zədə almayıb və uçuşunu davam etdirib, təhlükəsiz şəkildə Liona eniş edib.