Futbol hakimi diri-diri yandırıldı

Konqo Demokratik Respublikasında futbol hakimi Patrik Nqalamulume vəhşicəsinə öldürülüb.
TNS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə xəbərlər dərc olunub.
Belə ki, "Nqalas" ləqəbi ilə tanınan referi futbol matçının ardından azarkeşlərin qəzəbinə tuş gəlib.
O, fanatlar tərəfindən oyun alqı-satqısında təqsirləndirilib. Görüş bitdikdən sonra azarkeşlər hakimi diri-diri yandırıblar.
Şahidlərin dediklərinə görə, Nqalamulume hamının gözü qarşısında döyülüb və yandırılıb. Lakin hadisə zamanı mühafizə xidmətinin heç bir xilasetmə cəhdi olmayıb.
Referi dünyasını dəyişənədək təcili yardım işçiləri hadisə yerinə çata bilməyiblər.