Tramp iyunda NATO sammitində iştirak edəcək
2
19:41 - 13 May 2025

ABŞ Prezidenti Donald Tramp NATO-nun Haaqada keçiriləcək yay sammitində iştirak etməyə hazırlaşır.
TNS xəbər verir ki, bu barədə jurnalistlər üçün onlayn brifinqdə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker bildirib.
“Hamımız Prezident Trampın NATO sammiti üçün Haaqaya gələcəyini gözləyirik”, - diplomat deyib.
Qeyd edək ki, Şimali Atlantika alyansının Haaqada keçiriləcək sammiti iyunun 24-25-nə nəzərdə tutulub.