Close

Putin mənimlə birbaşa danışıqlar aparmaqdan qorxur

"Rusiya Prezidenti Vladimir Putin mənimlə birbaşa danışıqlar aparmaqdan qorxur".

TNS UNIAN agentliyinə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı deyib.

Ukrayna lideri xatırladıb ki, martın 11-də rəsmi Kiyev ABŞ-nin Səudiyyə Ərəbistanında keçirilmiş görüşdə qeyd-şərtsiz atəşkəslə bağlı təklifini tam dəstəkləyib:

"Bu təklif artıq 63 gündür ki, danışıqlar platformasında qüvvədə qalır. Mən bunu Prezident Trampa dəfələrlə demişəm. Hesab edirəm ki, Putin müharibənin başa çatmasını, atəşkəsi, hər hansı bir danışıqları istəmir".