Close

Ərəb körfəzi və İranda dəyişdirilən türk adları - VİDEO

Ötən həftə İranla ABŞ arasında daha bir qalmaqal yaşanıb. Bu dəfə dava nüvə proqramı ilə bağlı deyildi. Qərb mediası xəbər yaymışdı ki, ABŞ Prezidenti Donald Tramp Fars körfəzinin adını dəyişib Ərəb körfəzi qoymaq istəyir.

TNS xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının yeni buraxılışında deyilir.

"Trampın Meksika körfəzini Amerika körfəzi adlandırması kontekstində bu xəbər o qədər də təəccüblü olmadı. Üstəlik, xəbər ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfəri ərəfəsində yayıldı və Trampın ərəblərə, xüsusən Körfəz ölkələrinə belə bir jest etməsi mümkün sayıldı. Elə bu da İran siyasi dairələrində, eləcə də cəmiyyətin farsdilli hissəsində ciddi narahatlığa səbəb oldu və geniş reaksiya doğurdu. İran prezidenti və xarici işlər nazirindən tutmuş keçmiş İran şahının oğluna qədər iqtidarlı-müxalifətli çeşidli simalar məsələyə kəskin münasibət bildirdilər və Fars körfəzinin adının həmişə Fars körfəzi olaraq qalacağını bəyan etdilər. Məsələ sosial şəbəkələrin də əsas müzakirə mövzularından birinə çevrildi.

Doğrudur, sonradan Tramp bildirdi ki, Fars körfəzinin adı ilə bağlı hələ qəti qərar qəbul etməyib, həm də heç kəsin xətrinə dəymək istəmir. Amma iş orasındadır ki, bu mübahisə Trampın ortaya atdığı məsələ deyil: ötən əsrin 60-cı illərindən bəri bu məsələ üstündə İranla ərəb ölkələri arasında vaxtaşırı mübahisə yaşanır. Deyilənə görə, Fars körfəzini ilk dəfə Ərəb körfəzi adlandıran şəxs 1958-1963-cü illərdə İraqın baş naziri vəzifəsini tutmuş Əbdülkərim Qasim olub. Bəziləri də Ərəb körfəzi adından ilk dəfə Misirin məşhur prezidenti Camal Əbdülnasirin istifadə etdiyini bildirirlər. Hər necə olsa da, hazırda ərəb siyasi dairələrində və mediasında əsasən Ərəb körfəzi, yaxud sadəcə Körfəz adından istifadə olunur. Hətta "Google" xəritəsində də Ərəb körfəzi adı Fars körfəzi ilə bərabər işlədilir", - deyə materialda qeyd olunub.

Daha ətraflı videoda: