Trampın nümayəndələri Rusiya-Ukrayna danışıqları üçün İstanbula səfər edəcək
3
17:20 - 13 May 2025

ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Keyt Kelloq Rusiya-Ukrayna danışıqları üçün İstanbula səfər edəcək.
TNS xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Qeyd edək ki, mayın 15-də İstanbulda Ukrayna ilə Rusiya arasında danışıqlar keçiriləcək.