Close

Gözəl qızlara görə “meymun əməliyyatı” keçirilir

Hindistanın Telangana əyalətində "Miss World" gözəllik yarışması səbəbindən meymunlar kütləvi şəkildə tutulur.

TNS xəbər verir ki, bu barədə “Deccan Chronicle” məlumat yayıb.

Dünyanın ən gözəl qadını adına iddiaçıların mayın 14-ü çərşənbə günü Ramappa məbədini və Varangal qalasını ziyarət etmələri planlaşdırılır. Bu məbədi ziyarət edənlər mütəmadi olaraq aqressiv meymunların hücumuna məruz qalırlar. Məhz elə bu səbəbdən qızların ekskursiyasını pozmamaq üçün rəsmilər "Meymun əməliyyatı" adlandırdıqları heyvanların kütləvi tutulmasını təşkil ediblər.

Rəsmilər artıq 150-dən çox meymunun tutulub başqa yerə köçürüldüyünü bildiriblər.

Qeyd edək ki, “Miss World” gözəllik müsabiqəsinin finalı mayın 31-də baş tutacaq. Orada 108 ölkədən nümayəndələr iştirak edəcək.