Çin rəsmisi: "ABŞ Pekinlə əməkdaşlığa maraqlıdırsa..."

Əgər ABŞ həqiqətən də Pekinlə əməkdaşlıqda maraqlıdırsa, fentanil böhranında Çini günahlandırmağı dayandırmalıdır.
TNS RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Çyan ABŞ-nin narkotik qaçaqmalçılığı səbəbindən Çin mallarına tətbiq etdiyi 20 faizlik tarifi şərh edərkən deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, ABŞ hakimiyyətinin Çinə qarşı əsassız gömrük rüsumları tətbiq etməsi Çin tərəfinin maraqlarına ciddi ziyan vurub.
Xatırladaq ki, martın əvvəlində ABŞ Prezidenti Donald Tramp Pekinin ABŞ-də narkotik ticarəti ilə mübarizədə kifayət qədər səy göstərmədiyini əsas gətirərək Çindən gətirilən mallara idxal rüsumlarını 10%-dən 20%-ə qaldıran sərəncam imzalayıb.