Close

Məşhur agentliklərin jurnalistləri prezidentin təyyarəsinə buraxılmadılar

"Associated Press" (AP), "Bloomberg News" və "Reuters" xəbər agentliklərinin jurnalistləri ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə səfərini işıqlandırmaq üçün prezident təyyarəsinə buraxılmayıblar.

TNS xəbər verir ki, Ağ Ev Müxbirlər Assosiasiyası (WHCA) bununla bağlı bəyanat yayıb.

"Bu agentliklərin xəbərləri hər gün dünyada minlərlə media orqanına və milyonlarla oxucuya sürətlə yayılır və bu, hər kəsə prezidentin son yeniliklərinə bərabər çıxış imkanı verir. Bu dəyişiklik öz ölkəsinin liderinin nə etdiyini dərhal bilməyə layiq olan hər bir Amerika vətəndaşına qarşı ədalətsizlikdir", - bəyanatda deyilir.