HƏMAS İsrail və ABŞ vətəndaşlığı olan girovu azad edib
6
20:20 - 12 May 2025

Fələstinin HƏMAS hərəkatı İsrail və ABŞ vətəndaşlığı olan girovu azad edib.
TNS xəbər verir ki, bu barədə hərəkatıb teleqram kanalında dərc olunan məlumatda deyilir.
“Bir müddət əvvəl “İzzəddin Əl-Qəssam Briqadaları” (HƏMAS-ın hərbi qanadı – red.) İsrail və Amerika vətəndaşlığı olan girov İdan Aleksandrı azad edib”, - məlumatda bildirilir.