Close

Hindistan Pakistanla hərbi əməliyyatlara fasilə verib

Hindistan Pakistanla hərbi əməliyyatlara fasilə verib.

TNS xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi xalqa müraciətində bildirib.

“Hindistan Pakistana qarşı hərbi əməliyyatlara fasilə verib, bu dayandırılmayıb. Hindistan qüvvələri yüksək hazırlıq vəziyyətindədir. Biz Pakistanınn addımlarını izləyəcəyik”, - o əlavə edib.

Modi onu da qeyd edib ki, Hindistan heç bir nüvə şantajına dözməyəcək.