Tramp İstanbula getməyi düşünür
20
19:00 - 12 May 2025

ABŞ Prezidenti Donald Tramp Rusiya- Ukrayna görüşünün keçiriləcəyi İstanbula getməyi düşündüyünü bəyan edib.
TNS xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Tramp qeyd edib ki, o, mayın 15-də Rusiya və Ukrayna nümayəndələri arasında görüşün keçiriləcəyi İstanbula səfər etməyi düşünür.
"İstanbul görüşündən yaxşı nəticələr əldə edə bilərik, inanıram ki, hər iki lider orada olacaq", - Tramp vurğulayıb.