İlk dəfə təyyarəyə minən sərnişin körpəsini...

Moskva-Novokuznetsk reysi ilə uçan sərnişin yeni doğulmuş körpəsini baqajını götürmək üçün təyyarədə qoyub.
TNS xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.
Sərnişinlər endikdən sonra stüardessalar oturacaqların birində körpə və bir neçə çanta görüblər. Təyyarə komandiri dərhal polisə məlumat verib.
Araşdırma zamanı uşağın anası aşkar edilib. 26 yaşlı Mədinə ilk dəfə təyyarədə uçduğunu və baqajını alanda çaşqınlıq yaranacağından qorxduğunu açıqlayıb.
Mədinə doğrudan da baqajı götürüb ərinə təhvil verib, lakin təyyarəyə qayıtmaq istəyəndə onu təyyarəyə buraxmayıblar.
Hadisədən sonra hadisə yerinə yetkinlik yaşına çatmayanlarla iş üzrə müfəttişlər gəlib. Polislə birlikdə Mədinəyə bunun mümkün olmadığını izah ediblər və sonda onu körpə ilə birlikdə buraxıblar.