Close

Əziz Səncər Trampa üsyan etdi: Bizə nə olacağı bəlli deyil

Kimya üzrə Nobel mükafatçısı, akademik Əziz Səncər ABŞ Prezidenti Donald Trampın elmi araşdırmalar üçün maliyyə ixtisarını tənqid edib.

TNS xəbər verir ki, “Nəfəs” qəzetinə müsahibəsində alim maddi sıxıntılardan şikayətlənib.

O, 3 ildir üzərində çalışdıqları beyin xərçəngi dərmanı ilə bağlı sınaqlara 2 milyon dollara ehtiyac olduğunu, ancaq maddi dəstək verəcək bir qurum tapa bilmədiklərini deyib.

Əziz Səncər, xüsusilə ABŞ Prezidenti Donald Trampın elmi araşdırmalar üçün büdcədə ciddi ixtisarlar etməsinin vəziyyəti çətinləşdirdiyini qeyd edib: “Bizə nə olacağı bəlli deyil. Bu baxımdan qeyri-müəyyənlik var”.