HƏMAS ABŞ vətəndaşı olan girovu azad edəcək
7
23:57 - 11 May 2025

Fələstinin HƏMAS hərəkatı ABŞ vətəndaşlığı olan israilli girovun azad ediləcəyini təsdiqləyib.
TNS xəbər verir ki, bu barədə bəyanat təşkilatın "Telegram" kanalında paylaşılıb.
Qeyd olunub ki, son bir neçə gün ərzində HƏMAS ABŞ administrasiyası ilə danışıqlar aparıb və bu məsləhətləşmələrin nəticəsi olaraq müsbət niyyət nümayiş etdirmək üçün ABŞ pasportu daşıyan israilli İden Aleksandrı azad etməyə qərar verib.