Close

Rəsmi Ankaranın Zelenskinin bu planından məlumatı yoxdur

Türkiyə Prezident Administrasiyasının Ukrayna lideri Volodimir Zelenskinin mayın 15-də İstanbula gəlişi barədə məlumatı yoxdur.

TNS xəbər verir ki, bu barədə admnistrasiyadan "RİA Novosti"yə məlumat verilib.

Mayın 11-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukraynaya mayın 15-də İstanbulda ilkin şərt olmadan birbaşa danışıqlar aparmağı təklif edib.

Rusiyanın təklifinə cavab olaraq Zelenski öz "Telegram" kanalında atəşkəs olacağı təqdirdə mayın 15-də Putini İstanbulda şəxsən gözləyəcəyini yazıb. Onun sözlərinə görə, hərbi əməliyyatların tam və davamlı dayandırılması diplomatiya üçün lazımi zəmin yaradacaq.