"Putini şəxsən gözləyəcəyəm"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 12 may tarixindən etibarən tam və uzunmüddətli atəşkəsə əməl edəcəyini gözlədiyini bildirib.
TNS xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.
O, Rusiya Prezidenti Vladimir Putini 15 mayda Türkiyədə keçiriləcək görüşdə şəxsən gözləyəcəyini açıqlayıb.
“Sabahdan etibarən tam və uzunmüddətli atəşkəs gözləyirik — bu, diplomatiyaya lazım olan əsasları təmin etmək üçün vacibdir. Qırğınları uzatmağın mənası yoxdur. Putini şəxsən cümə axşamı Türkiyədə gözləyəcəyəm. Ümid edirəm ki, bu dəfə ruslar gələ bilməmək üçün bəhanə axtarmayacaqlar,” – deyə Zelenski bildirib.
Ukrayna lideri atəşkəsin sülh danışıqları üçün yeni mərhələ yarada biləcəyinə ümid etdiyini də əlavə edib.