Daha bir dəhşətli zəlzələ
16
18:31 - 11 May 2025

Bosniya və Herseqovinada 3,8 bal gücündə zəlzələ qeydə alınıb.
TNS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Episentri Bileça rayonundan 20 kilometr şimal-şərqdə, Nikşiç şəhərindən 26 kilometr qərbdə olan zəlzələnin ocağı beş kilometr dərinlikdə yerləşib.
Dağıntı və insan tələfatı barədə məlumat verilməyib.