Close

Avtobus uçurumdan aşdı - 21 ölü, 14 yaralı var

Şri-Lankada sərnişin avtobusu uçurumdan aşıb.

TNS xəbər verir ki, hadisə nəticəsində azı 21 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Qəza bazar günü səhər saatlarında paytaxt Kolombodan təxminən 140 km şərqdə, Kotmale şəhəri yaxınlığında, mərkəzi Şri-Lankanın dağlıq ərazisində baş verib.

Məlumata görə, qəza zamanı avtobusda 50-yə yaxın adam olub.