Close

Yeni Papa ilk müraciətini etdi

Süni intellekt bəşəriyyətin qarşısında duran əsas problemlərdən biridir.

TNS Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Roma Papası XIV Leo kardinallara ilk müraciətində deyib.

O bildirib ki, süni intellekt insan ləyaqətinin, ədalətin qorunması üçün maneə yaradır.

XIV Leo Papa Fransiskin baxışını və islahatlarını davam etdirəcəyini açıqlayıb:

“Fransisk mənə qiymətli miras” qoyub”.

Qeyd edək ki, kardinalların konklavı mayın 8-də Romanın 267-ci papasını seçib. Papa Fransisk aprelin 21-də vəfat edib.