Parlament seçkiləri keçirilir

Albaniyada parlament seçkiləri keçirilir.
TNS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb, saat 19.00-da bağlanacaq.
Əsas mübarizə hazırkı Baş nazir Edi Ramanın rəhbərlik etdiyi Sosialist Partiya və sabiq prezident və keçmiş Baş nazir Sali Berişa lideri olduğu Demokrat Partiya arasında gedir. 80 yaşlı mühafizəkar Sali Berişa partiyasının daxil olduğu müxalif alyansa rəhbərlik edir. Əgər 2013-cü ildən ölkəni idarə edən 60 yaşlı Edi Rama 2030-cu ilə qədər Avropa İttifaqına qəbulu hədəf seçibsə, əsas rəqibinin rəhbərlik etdiyi müxalif koalisiyanın şüarı “Böyük Albaniya”dır. Bu, ABŞ Prezidenti Donald Trampın seçkiöncəsi şüarını xatırladır. Sali Berişa 12 ildən sonra hakimiyyətə qayıtmaq istəyir.