"İran bu hüququndan əl çəkməyəcək"
5
23:32 - 10 May 2025

Əgər Birləşmiş Ştatların məqsədi İranı nüvə hüquqlarından məhrum etməkdirsə, Tehran geri çəkilməyəcək.
TNS xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi bildirib.
Araqçi, bu sözləri İran və ABŞ arasında sabah Omanda planlaşdırılan nüvə danışıqlarının növbəti raundundan bir gün əvvəl səsləndirib.