Close

Rumıniyada prezident seçkisinin birinci turunun nəticələri təsdiqlənib

Rumıniyanın Konstitusiya Məhkəməsi mayın 4-də keçirilmiş prezident seçkisinin birinci turunun nəticələrini təsdiqləyib.

Bu barədə TNS "Agerpress" agentliyinə istinadla xəbər verir.

Birinci turda müxalif millətçi Rumınların Birləşməsi Alyansının lideri Corce Simion (səslərin 40.96 faizi) qalib gəlib. Müstəqil namizəd, Buxarestin meri Nikuşor Dan ikinci (20.27 faiz) olub.

Onlar mayın 18-də baş tutacaq ikinci turda rəqib olacaqlar.