Close

"Avropa İttifaqının B və C planları var"

"Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı Macarıstanın vetosu aradan qalxmayacağı təqdirdə, Aİ-nin hərəkət planı var".

TNS "Eurointegration" nəşrinə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Lvovda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Aİ-də Ukraynanın üzvlüyünə ikitərəfli məsələlərin mane olmaması ilə bağlı qəti mövqe var.

"Vetonun aradan qalxmayacağı təqdirdə bizim B və C planlarımız var. Amma əsas diqqətimiz A planına yönəlib. Məqsəd bütün üzvlərin dəstəyini almaqdır", - deyə Kallas bildirib.

O əlavə edib ki, Aİ Macarıstanla vetonun qaldırılması istiqamətində dialoq aparır.

"Əgər kompromis əldə olunmasa, Avropa İttifaqı hərəkətə keçməyə hazırdır" - Aİ rəsmisi əlavə edib.