Kreml paradda iştirak edən 2 lideri qəhrəman elan etdi
39
17:15 - 09 May 2025

Serbiya Prezidenti Aleksandar Vuçiç və Slovakiyanın Baş naziri Robert Fitso Moskvada keçirilən Qələbə Paradına gələrək qəhrəmanlıq göstəriblər.
TNS TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, Vuçiç və Fitsonun addımı əsl qəhrəmanlıqdır. Onların açıq-aşkar, cilovsuz təzyiqlərə baxmayaraq, bu qədər suveren iradə nümayiş etdirib, Qələbə Gününün xatirəsini ehtiramla yad etmələri ən yüksək tərifə layiqdir.