Hindistanın açdığı atəş nəticəsində ölənlər və yaralananlar var
17
17:00 - 09 May 2025

Hindistan və Pakistan silahlı qüvvələrinin demarkasiya xəttində qarşılıqlı atışmaları zamanı Kəşmirin Pakistan hissəsində beş nəfər həlak olub, daha 10 nəfər xəsarət alıb.
Bu barədə TNS "Geo TV" telekanalına istinadla xəbər verir.
Telekanalın məlumatına görə, iki ölkənin silahlı qüvvələri arasında təmas xətti boyu bir neçə postda bütün gecə atışma olub.
Bildirilir ki, Hindistan dinc yaşayış məntəqələri istiqamətində atəş açıb.