Close

Ukrayna silah almaq üçün bu ölkələrə silah satacaq

Ukrayna Danimarka, Fransa və İtaliya ilə 1 milyard avro dəyərində silah alınmasına dair müqavilə imzalayıb.

TNS RBC Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, bu müqaviləni imzalayan ölkələr Ukraynanın ehtiyacları üçün Ukrayna silahlarını alacaq: “Bu yolla biz təkcə silah və dəstək almayacaq, həm də öz müdafiə sənayemizi aktivləşdirmiş olacağıq”.

Ukrayna mətbuatının yazdığına görə, bu müqavilə Lvovda imzalanıb. Ayrılan vəsait Rusiyanın dondurulmuş aktivlərindən istifadə olunacaq.

Bu günlərdə Avropa İttifaqının (Aİ) müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius bəyan etmişdi ki, Qərb ölkələrinin yatırdığı vəsaitlər yerli istehsal silahlarının alınmasına yönəldilsə Ukraynaya yardımın həcmi xeyli artacaq.