Yeni Roma Papası ilk ayinini keçirib - VİDEO
10
16:35 - 09 May 2025

Yeni seçilən Roma Papası XIV Leo (Robert Frensis Prevo) Sikstin kapellasında ilk ayinini keçirib.
TNS bu barədə "Vatican News"a istinadən məlumat yayıb.
XIV Leo öz xütbəsinə doğma ingilis dilində başlayıb, dini ayini isə italyanca oxuyub.
Roma Papası imansız həyatın mənasız olduğunu bəyan edib, Papa Katolik Kilsəsinin sadiq idarəçisi olacağına söz verib.