Ermənistan hərbçiləri paradda iştirak etdi?
37
12:00 - 09 May 2025

Xəbər verdiyimiz kimi, Moskvada Qırmızı Meydanda hərbi parad başlayıb. Azərbaycan hərbçiləri də sözügedən paradda iştirak edir.
TNS xəbər verir ki, maraqlı məqam odur ki, Ermənistan ordusunun hərbçiləri paradda iştirak etməyib.
Qeyd edək ki, Qırmızı Meydanın mərkəzi tribunasında 29 ölkənin liderləri əyləşib. Bunlar arasında Ermənistanın Baş naziri Nikol Paşinyan da yer alıb.