Close

Yeni Papanın sevmədiyi LİDER

Yeni Roma Papası XIV Lev keçmişdə Tramp administrasiyasının immiqrasiya siyasətini sərt şəkildə tənqid edib.

TNS xəbər verir ki, Yeni Papanın bununla bağlı sosial media paylaşımları ortaya çıxıb.

Roma Papası seçilmiş amerikalı kardinal Robert Prevost Trampın immiqrant uşaqları ailələrindən ayırmaq praktikasını “mənəvi cəhətdən müdafiə olunmaz” adlandırıb.

O, paylaşımlarında, xüsusən də ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens haqqında tənqidi fikirlər yazıb.

Donald Tramp isə yeni Roma Papasını təbrik edərək, onun ilk amerikalı Papa olmasının ABŞ üçün böyük şərəf olduğunu deyib.