Türkiyə vətəndaşlarına xəbərdarlıq etdi: ölkəni tərk edin

Sudanda təhlükəsizlik şəraitinin pisləşməsi ilə əlaqədar Türkiyə vətəndaşlarına səyahət xəbərdarlığı edilib.
TNS xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.
Paylaşımda ölkədə qalma məcburiyyəti olmayan vətəndaşlara yerləşdikləri yerdən asılı olaraq Port Sudandan məhdud ticari uçuşlar və ya quru və ya dəniz yolu ilə ölkəni tez və təhlükəsiz şəkildə tərk etmələri tövsiyə edilib.
Qeyd edək ki, 2023-cü il aprelin 15-dən Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında toqquşmalar gedir.
Sudanın müvəqqəti paytaxtı Port Sudan 5 gündür ardıcıl olaraq pilotsuz təyyarələrin hücumlarına məruz qalır, nəticədə yanğınlar və partlayışlar baş verir.