Close

Böyük Britaniya Rusiya neftinin satışına sanksiya tətbiq edəcək

Böyük Britaniya hökuməti Rusiyanın “kölgə donanması” adlandırılan və Rusiya neftinin satışına qoyulan məhdudiyyətlərdən yayınmaq üçün istifadə edildiyi iddia edilən 100 neft tankerinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

TNS xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer mayın 9-da Osloda keçiriləcək Avropa Müdafiə Sammitində yeni tədbirləri açıqlayacaq.

Məsələ ilə bağlı əlavə məlumat verilməyib.