ABŞ ilk ticarət sazişini imzaladı
7
22:00 - 08 May 2025

Amerika Birləşmiş Ştatları və Böyük Britaniya yeni ticarət sazişi bağlayıblar.
TNS TASS‑a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə açıqlayıb.
"Xoşbəxtlik hissi ilə elan edirəm ki, Böyük Britaniya ilə sıçrayış hesab olunan ticarət müqaviləsinə nail olduq", - Tramp deyib.
"Bugünkü Böyük Britaniya ilə bağlanan saziş administrasiyamızın son dörd həftə ərzində danışıqlar apardığı ticarət müqavilələri seriyasında birincidir", - prezident əlavə edib.