Close

Yeni Roma Papası seçilib - YENİLƏNİB - VİDEO-FOTO

Yeni seçilən Roma Papasının kimliyi məlum olub.

TNS "Reuters"ə istinadən xəbər verir ki, kardinal Robert Frensis Prevo Roma Papası seçilib.

O, XIV Lev adını alıb.

Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. Yeni pontifikin seçilməsi üçün Vatikanda konklav mayın 7-də toplanıb.

20:20

Yeni Roma Papası seçilib.

TNS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, ənənəvi olaraq səsvermənin keçirildiyi Vatikanda Sikstin kapellasında quraşdırılmış bacadan ağ tüstü qalxıb. Bu isə kardinalların ikigünlük konklavın ikinci günündə yeni papa seçdiklərinin işarəsidir.

Onun adı tezliklə açıqlanacaq.

dd465178-9bec-394e-b16c-f523eb26ba03_850