Close

Kadırov Putinlə təkbətək görüşün nəticəsindən danışıb

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi işgüzar görüşün nəticəsindən danışıb.

TNS xəbər verir ki, R.Kadırov görüş barədə təfərrüatı özünün "Telegram" kanalında dərc edib.

Çeçenistan rəhbərinin sözlərinə görə, Rusiya prezidenti ilə görüş məhsuldar keçib.

İstefaya göndərilməsi ehtimalı ilə bağlı yayılan xəbərləri şərh edən R.Kadırov vurğulayıb ki, hələlik vəzifəsinin icrasını davam etdirir və qarşıda görüləcək çox iş var.

"Mən Ali Baş Komandanın əmrini yerinə yetirirəm!" - deyə R.Kadırov vurğulayıb.